Asiya Kubokunun final mərhələsinin püşkatma mərasimi təxirə salınıb

Baş səhifə
Asiya Kubokunun final mərhələsinin püşkatma mərasimi təxirə salınıb

2027-ci ildə keçiriləcək Asiya Kubokunun final mərhələsinin püşkatması təxirə salınıb.

“Report” xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyası (AFC) məlumat yayıb.

Tədbirin aprelin 11-də Ər-Riyadda keçirilməsi planlaşdırılırdı. Püşkatma mərasimi təhlükəsizlik səbəbləri ilə bu tarixdə olmayacaq.

Qeyd edək ki, turnir 7 yanvar – 5 fevral aralığında Səudiyyə Ərəbistanında keçirilməlidir. Daha əvvəl Yaxın Şərqdəki vəziyyətə görə Asiya Çempionlar Liqasının oyunları təxirə salınıb.