Xırdalanda binanın elektrik naqillərini oğurlayan şəxslər saxlanılıblar

Baş səhifə

Bakı. Trend:

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən binalardan
birinin elektrik naqillərinin oğurlanması barədə polisə məlumat
daxil olub.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.




Bildirilir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən
tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E. Allahverdiyev və B.
Əsədov müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.