
Bakı. Trend:
Almaniya Silahlı Qüvvələri Hörmüz boğazında təhlükəsizliyin
təmin olunması üzrə potensial əməliyyatlarda iştirak edə bilər.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri
Boris Pistorius danışıb.
“Atəşkəs haqqında razılaşmaya nail ola bilsək, təhlükəsizliyin
təmin olunması, o cümlədən Hörmüz boğazında gəmilərin sərbəst
hərəkətinin təmin edilməsi üçün silahlı qüvvələrin səfərbər
olunması ilə bağlı istənilən variantı müzakirə edəcəyik”, – deyə
Pistorius bildirib.
Bununla belə almaniyalı nazir xüsusi olaraq vurğulayıb ki,
Berlin İsrail və ABŞ-nin İrana qarşı başlatdığı müharibəyə
qoşulmayacaq.
Onun sözlərinə görə, bu iqtiqamətdə məsləhətləşmələr əvvəlcədən
aparılıb və İrandakı müharibə Almaniyanın müharibəsi deyil.


