
Bakı. Trend:
ABŞ və İsrailin İrana qarşı apardığı hərbi kampaniyaya Fars
körfəzindəki ərəb ölkələrinin qoşulmasının qarşısını almaq
məqsədilə Türkiyə intensiv diplomatik səylər göstərir.
Trend xəbər verir
ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən yazır.
Mənbələr qeyd edib ki, körfəzdəki ərəb ölkələri limanları,
enerji obyektlərini və hava limanlarını hədəf alan İran hücumları
qarşısında tədricən səbrlərini itirirlər.
Bundan bir neçə gün əvvəl “Wall Street Journal” (WSJ) qəzeti də,
müntəzəm ballistik raket və dron hücumlarına görə Körfəz
ölkələrinin İrana qarşı aparılan müharibəyə qoşulmaq niyyətində
olduğunu yazmışdı.
“Bloomberg”in yazdığına görə, Türkiyə xarici işlər naziri Hakan
Fidanın Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərə
səfərləri, eləcə də digər regional tərəfdaşlarla telefon
danışıqları aparması ilə diplomatik səylərini artırıb.
Bundan əvvəl Türkiyə Prezidenti Recep Tayyip Ərdoğan müharibənin
region ölkələri arasında növbəti zəiflətmə müharibəsinə
çevrilməsini istəmədiklərini bildirib.
Ankara, eyni zamanda müharibə fonunda ABŞ ilə İran arasında
aparılan diplomatik danışıqlarda da vasitəçilik edib.


