
Bakı. Trend:
Bu gün DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinə start
veriləcək.
Trend xəbər
verir ki, A, B, C və D yolları üzrə ümumilikdə 8 oyun
keçiriləcək.
Türkiyə millisi İstanbulda Rumıniya yığmasını qəbul edəcək. Oyun
Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, yarımfinal və final qarşılaşmaları bir oyundan
ibarətdir. Final görüşləri martın 31-də keçiriləcək.
26 mart
DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları
Yarımfinal
A yolu
23:45. İtaliya – Şimali İrlandiya
23.45. Uels – Bosniya və Herseqovina
B yolu
23:45. Ukrayna – İsveç
24:45. Polşa – Albaniya
C yolu
21:00. Türkiyə – Rumıniya
23:45. Slovakiya – Kosovo
D yolu
23:45. Danimarka – Şimali Makedoniya
23:45. Çexiya – İrlandiya
Pley-off-un final cütlükləri
A yolu
İtaliya – Şimali İrlandiya qalibi / Uels – Bosniya və
Herseqovina qalibi
B yolu
Ukrayna – İsveç qalibi / Polşa – Albaniya qalibi
C yolu
Türkiyə – Rumıniya qalibi / Slovakiya – Kosovo qalibi
D yolu
Danimarka – Şimali Makedoniya qalibi / Çexiya – İrlandiya
Respublikası qalibi
Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksik və
Kanadada keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda
qatılacaq.


