
İran mümkün ABŞ müdaxiləsi ehtimalına qarşı Xarq adasında müdafiə tədbirlərini gücləndirir.
Modern.az xəbər verir ki, CNN telekanalının məlumatına görə, respublikanın silahlı qüvvələri əraziyə əlavə hərbi personal və hava hücumundan müdafiə (HHM) sistemləri yerləşdirir. Bununla yanaşı, adada piyada əleyhinə və tank əleyhinə minaların da quraşdırıldığı bildirilir.
Məlumata əsasən, ABŞ rəsmiləri mümkün quru əməliyyatının yüksək risklər daşıdığı barədə xəbərdarlıq edir. Onların fikrincə, İranın çoxpilləli müdafiə sistemi belə bir əməliyyat zamanı ciddi itkilərə səbəb ola bilər.
Hazırda bölgədə vəziyyətin gərgin olaraq qaldığı qeyd olunur.


