
Bakı. Trend:
ABŞ-də sosial media nəhəngləri “Meta” və “YouTube” məhkəmə
qərarı ilə günahkar elan olunub.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Los-Ancelesdə keçirilən məhkəmədə
andlılar heyəti platformaların uşaqları qəsdən asılı vəziyyətə
saldığı iddialarını əsaslı sayıb.
Qərara əsasən, şirkətlər istifadəçiləri risklər barədə yetərincə
xəbərdar etməyib.
Məhkəmə “Meta”nın 2,1 milyon dollar, “YouTube”un isə 900 min
dollar təzminat ödəməsinə qərar verib. Şirkətlər qərardan
apellyasiya şikayəti verəcəklərini açıqlayıb.
Bu iş texnologiya sektorunda presedent kimi
qiymətləndirilir.


