
İran adalar da daxil olmaqla, ərazilərinə qurudan hücum ediləcəyi təqdirdə Bab əl-Məndəb boğazını bağlayacaq.
Modern.az xəbər verir ki, bu barədə İranın Tasnim xəbər agentliyi hərbi mənbəyə istinadən bildirib.
“Bab əl-Məndəb boğazı dünyanın strateji əhəmiyyətli boğazlarından biri hesab olunur və İranın ona çox real təhlükə yaratmaq üçün həm iradəsi, həm də imkanı var. Buna görə də, əgər amerikalılar axmaq tədbirlərlə Hörmüz boğazı probleminə həll yolu tapmaq istəyirlərsə, problemlərinə və çətin vəziyyətlərinə başqa bir boğaz əlavə etməmək üçün diqqətli olmalıdırlar”, – deyə o bildirib.
Bab əl-Məndəb boğazı Yəmən və Eritreya arasında yerləşir və Ədən körfəzini Qırmızı dənizlə birləşdirir. Süveyş kanalından keçən bir çox gəmi bu boğazdan keçir.


