Bakı. Trend:
Livanın “Hizbullah” təşkilatının silahlı qüvvələri İsrail
Müdafiə Nazirliyinin Təl-Əvivdəki “Kiriya” kompleksinə raket hücumu
həyata keçirib.
Trend-in
məlumatına görə, bu barədə “Hizbullah”ın Telegram kanalında
bildirilib.
“26 mart 2026-cı il, cümə axşamı, saat 01:10-da İslam Müqaviməti
döyüşçüləri Təl-Əvivin mərkəzində İsrail Müdafiə Nazirliyinin
(Kiriya) qərargahına hücum ediblər”, – deyə qeyd olunub.
Məlumata əsasən, şəhərin yaxınlığındakı hərbi kəşfiyyata məxsus
kazarmalara da “müxtəlif tipli raketlər”dən istifadə edilərək hücum
edilib.

