İsrail və ABŞ Şiraz şəhəri yaxınlığına zərbələr endirib

Baş səhifə

İsrail və ABŞ İranın cənubunda yerləşən Şiraz şəhərinin cənub ətrafına aviazərbələr endirib.

Bu barədə ISNA agentliyi məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində ölənlər var, o cümlədən azyaşlılar arasında da itkilər olduğu bildirilir.

Bir neçə nəfərin yaralandığı və xəstəxanaya yerləşdirildiyi qeyd olunub.

Hadisə ilə bağlı itkilərin dəqiq sayı hələlik açıqlanmayıb.