
Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas
Əraqçi ilə telefon danışığı aparıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər
Nazirliyindəki mənbələr bildiriblər.
Məlumata əsasən, danışıq zamanı ABŞ, İsrail və İran arasında
müharibə ilə bağlı son vəziyyət müzakirə olunub.


