Millimiz məğlubiyyətlə başladı

Baş səhifə

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayıb.

Modern.az-ın məlumatına görə, B Liqasının 6-cı qrupunda yer alan U-19 ilk görüşünü meydan sahibi Litva seçməsinə qarşı keçirib.

Kaunasdakı “Raudondvario” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 4:0.

Qeyd edək ki, U-19 növbəti görüşünü martın 28-də Şimali İrlandiyaya qarşı keçirəcək.