
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayıb.
“Report”un məlumatına görə, B Liqasının 6-cı qrupunda yer alan U-19 ilk görüşünü meydan sahibi Litva seçməsinə qarşı keçirib.
Kaunasdakı “Raudondvario” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 0:4.
Qeyd edək ki, U-19 növbəti görüşünü martın 28-də Şimali İrlandiyaya qarşı keçirəcək.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


