
Avropa İttifaqında ABŞ-ın İrana qarşı müharibə ilə bağlı hansı dəstəyi gözlədiyi aydın deyil.
Bu barədə “Politico” nəşri məlumat yayıb.
Məlumata görə, Avropa diplomatları ABŞ Prezidenti Donald Trampın tələblərini “ziddiyyətli və anlaşılmaz” hesab edir.
Vaşinqton müttəfiqlərindən konkret olaraq hansı hərbi və ya digər dəstəyi gözlədiyini hələ də dəqiq ifadə etməyib.
Qeyd olunur ki, bu qeyri-müəyyənlik səbəbindən Aİ-nin Hörmüz boğazında gəmiçiliyin bərpasına dəstəyi də faktiki olaraq bloklanıb.
Mənbələr əlavə edir ki, ABŞ indiyədək Avropa ölkələrinə hərbi texnika ilə bağlı rəsmi sorğu göndərməyib.


