Bakı. Trend:
“Hizbullah” təşkilatı Qolan təpələrində İsrail kazarmalarına
raket hücumu həyata keçirib.
Trend-in məlumatına görə, bu barədə təşkilatın hərbi informasiya
xidmətindən verilən açıqlamada bildirilib.
“İslam Müqaviməti döyüşçüləri Qolan təpələrindəki Kailaadakı
artilleriya alayının kazarmalarına hücum ediblər. Birbaşa zərbə
nəticəsində düşmən qüvvələrinə ziyan dəyib”, – deyə bildirilib.
Məlumata görə, günün ikinci yarısında “Hizbullah”ın bölmələri
tərəfindən buraxılan dronlar Yuxarı Qalileyada yerləşən Kerem Ben
Zimradakı İsrail hərbi logistika bazasına, eləcə də Merondakı hava
əməliyyatları və elektron müharibə mərkəzinə zərbələr endirib.

