Zərdabda maşın kanala düşdü: 3 ölü, 4 yaralı-YENİLƏNİB

Baş səhifə

Bu gün Zərdabda yol qəzasında xəsarət alan 4 nəfərdən biri dünyasını dəyişib.

Modern.az-ın xəbərinə görə, xəsarət alan Mütəllim Mütəllimov həkimlərin səyinə baxmayaraq, Zərdab Rayon Mərkəzi Xəstəxanasında ölüb.

***

10:52

Zərdabda yol qəzası olub, ölən ve xəsarət alan var.

Modern.az xəbər verir ki, hadisə rayonunun Əlvəd kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai Santa Fe” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb.

Hadisə nəticəsində 2 nəfər – Nəsibov Rasim Yaqub oğlu və Nəsibova Paket Kamran qızı ölüb, 4 nəfər – Vidadi Nəsibov, Vəkil Abışov, Ramilə Baxışova ve Umud Mütəllimov isə xəsarət alıb. (APA)