
Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 2 467 ton mis
konsentratı istehsal edilib.
Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, sözügedən məmulatların istehsalı ötən ilin eyni
dövrü ilşə müqayisədə 2,1 min ton və ya 6,9 dəfə artıb.
Bu ilin martın 1-i vəziyyətinə sənaye müəssisələrinin
anbarlarında hazır mis konsentratı ehtiyatı 2 382 ton təşkil
edib.
Ümumilikdə, hesabat dövründə mədənçıxarma sənayesində istehsalın
ümumi dəyəri 5,2 milyard manat olmaqla, əvvəlki ilin müvafiq
dövrünə nisbətən 0,3 faiz artıb.


