
Bakı. Trend:
QS World University Rankings by Subject 2026 (QS İxtisaslar üzrə
Dünya Universitetləri Reytinqi 2026) reytinqi açıqlandı. UNEC bu
dəfə də mühüm nəticələr əldə edib.
Belə ki, UNEC geniş ixtisas olan Sosial Elmlər və Menecment
sahəsində ən yaxşı universitetlər arasında yer alaraq dünyada
365-ci yerə yüksəlib. Bu rəqəm 2024-cü ildə 501-550, 2025-ci ildə
isə 401-450-ci yer olub.
Ən önəmlisi isə UNEC 2023-2025-ci illərdə ancaq bir ixtisasla,
2026-cı ildə isə artıq 3 ixtisasla qlobal reytinqdə təmsil
olunub.
UNEC dünyada İqtisadiyyat və Ekonometrika üzrə 201-250-ci,
Biznes və Menecment üzrə 301-350-ci, Kompüter Elmləri və
İnformasiya Sistemləri üzrə 751-850-ci ən yaxşı universitetdir.
UNEC iqtisadiyyat və biznes sahəsində regionun lider universiteti
statusunu təsdiqləyir.
UNEC-in bundan sonra da adını daha yüksək zirvələrə qaldıraraq,
Prezident İlham Əliyevin “Azərbaycan Dövlət İqtisad Universiteti
dünya səviyyəli universitet olmalıdır!” tapşırığını uğurla icra
edəcək.


