Azərbaycan Almaniya iqtisadiyyatına investisiya qoyuluşunu üç dəfəyə yaxın artırıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Almaniyanın Azərbaycana birbaşa investisiyalarının
həcmi 26,334 milyon ABŞ dolları təşkil edib.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 49 milyon dollar və
ya 2,9 dəfə azdır.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi
həcmində Almaniyadan reallaşan investisiyaların payı 0,4% təşkil
edib.

Azərbaycan isə öz növbəsində 2025-ci il ərzində Almaniya
iqtisadiyyatına 61,733 milyon dollar sərmayə qoyub ki, bu, əvvəlki
ildəki göstərici ilə müqayisədə 38,8 milyon dollar və ya 2,7 dəfə
çoxdur.




Birbaşa xarici investisiyaların ümumi həcmində Azərbaycandan
Almaniyaya yatırılan investisiyaların xüsusi çəkisi 2,4% təşkil
edib.

2024-cü il ərzində Almaniyadan Azərbaycana birbaşa
investisiyaların ümumi həcmi 75,297 milyon dollar, əks istiqamətdə
isə 22,935 milyon dollara bərabər olmuşdu.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa
xarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Bu
isə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları və
ya 6,4% azalma deməkdir.

Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xarici
iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə
2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici
ilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.