Azərbaycanın gübrə ixracından gəliri məlum olub

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 22,048 milyon ABŞ
dolları dəyərində 70,2 min ton gübrə ixrac edilib.

Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 14,1 milyon ABŞ dolları və ya 39%, həcm baxımından isə
53,2 min ton və yaxud 43,1% azdır.

Gübrə ixracı ölkənin bu ilin ilk iki ayının ümumi məhsul
ixracında 0,60% paya malik olub.




Eyni zamanda 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycana
19,6 milyon ABŞ dolları dəyərində 29 min ton gübrə idxal
edilib.

Məlumata görə, bu, ötən ilin eyni dövründəki göstərici ilə
müqayisədə dəyər ifadəsində 8,7 milyon ABŞ dolları və ya 1,8 dəfə,
həcm baxımından isə 5,5 min ton və ya 23,4% çoxdur.

Hesabat dövründə gübrə idxalı ölkənin ümumi idxalının 0,75%-ni
təşkil edib.