İstanbulda “İpək Yolu Sığorta Forumu” keçirilir

Baş səhifə
İstanbulda İpək Yolu Sığorta Forumu keçirilir

Türkiyənin İstanbul şəhərində ilk dəfə keçirilən beynəlxalq “İpək Yolu Sığorta Forumu” öz işinə başlayıb.

Bu barədə “Report”a Azərbaycan Sığortaçılar Assosiasiyasından məlumat verilib.

Bildirilib ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının, İcbari Sığorta Bürosunun və Azərbaycanın bir sıra sığorta şirkətlərinin rəhbərliklərindən ibarət nümayəndə heyəti ölkəmizin sığorta sektorunu beynəlxalq forumda təmsil edirlər.

Forumun başlıca məqsədi region ölkələrinin sığortaçılarını sektorial platformada bir araya gətirmək, habelə, dünyada baş verən geosiyasi gərginlik, müharibələr və nəticə etibarilə meydana çıxan iqtisadi volatillik nəticəsində dəyişən bazar şərtləri fonunda qlobal sığortaçılığın yeni inkişaf meyillərinin və prioritetlərinin peşəkar müzakirəsindən ibarətdir.