Tramp nüvə silahlarının azaldılmasını dəstəkləyir – Dövlət Departamenti

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp qlobal səviyyədə nüvə silahlarının
sayının daha da ixtisar edilməsinin tərəfdarıdır.

Trend xəbər verir ki, bunu
ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik
məsələləri üzrə müavini Tomas Dinanno deyib.

Amerikalı diplomat bildirib ki, prezident dünyada nüvə
silahlarının daha az olmasını istəyir və bunu müsbət başlanğıc kimi
qiymətləndirir.




T.Dinanno həmçinin vurğulayıb ki, Strateji Hücum Silahlarının
Azaldılması və məhdudlaşdırılması üzrə ABŞ-Rusiya sazişi yalnız
ABŞ-ni məhdudlaşdırıb və effektiv olmayıb.

Onun sözlərinə görə, bu sazişin müddətinin başa çatması yeni
mərhələnin başlanmasına səbəb olub və bu da Trampın daha
təkmilləşdirilmiş, müasir müqavilə hazırlamaq təşəbbüsünü
reallaşdırmağa imkan verib.

T.Dinanno əlavə edib ki, yeni razılaşma rəsmi Moskvaya Vaşinqton
qarşısında asimmetrik üstünlük qazandırıb.