Xorvatiya Prezidenti Aİ ölkələrinin veto səlahiyyətlərinin ləğvinə qarşı çıxıb

Baş səhifə
Xorvatiya Prezidenti Aİ ölkələrinin veto səlahiyyətlərinin ləğvinə qarşı çıxıb

Xorvatiya Prezidenti Zoran Milanoviç bildirib ki, Avropa İttifaqı (Aİ) ölkələri veto səlahiyyətlərini itirməməlidirlər, çünki yekdillik prinsipi Aİ-nin təsis aktlarında təsbit olunub.

“Report”un məlumatına görə, o, bu açıqlamanı Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ilə görüşdən sonra verib.

“Yekdillik Avropa İttifaqının təsis aktlarında təsbit olunub. Konsensus olmadan əsas qaydalarda heç bir dəyişiklik olmayacaq”, – Z.Milanoviç vurğulayıb.

Onun sözlərinə görə, veto səlahiyyətlərinin ləğvi ilə bağlı təkliflər yanlış təsəvvürə əsaslanır.

O, həmçinin yeni Aİ üzvlərinə, o cümlədən Şimali Makedoniyaya münasibətdə veto hüququndan məhrum statusun verilməsi ideyasını ədalətsiz adlandırıb.