
Bakı. Trend:
Florentino Peres “Real”da Vinisius Juniorun müqaviləsinin
uzadılmasında şəxsən maraqlıdır.
Trend xəbər verir ki,
insayder Fabritsio Romanonun məlumatına görə, klub prezidenti son
aylarda braziliyalı vingerlə yeni müqavilə bağlanmasını aktiv
şəkildə dəstəkləyib və onun mümkün qədər tez razılığa gəlməsini
istəyir. Lakin son qərar futbolçunun özündən asılıdır.
25 yaşlı oyunçunun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər
qüvvədədir.
Qeyd edək ki,bu mövsüm Vinísius Junior “Real”ın heyətində bütün
turnirlərdə 43 oyunda 17 qol və 13 assist edib.


