
Bakı. Trend:
Almaniya müttəfiqlərini dəstəkləmək məqsədilə Şimali Atlantikada
hərbi-dəniz qüvvələrini gücləndirir.
Trend xəbər verir ki, bu
barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Sinqapura səfəri
zamanı açıqlamasında deyib.
O bildirib ki, Böyük Britaniyanın “HMS Dragon” esminesini Aralıq
dənizinə göndərməsi ilə əlaqədar Almaniyanın “Sachsen” freqatı
NATO-nun daimi dəniz qrupunun flaqman gəmisi kimi fəaliyyət
göstərəcək.
B.Pistorius bu məsələnin britaniyalı həmkarı ilə müzakirə
olunduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Böyük Britaniya “HMS Dragon” gəmisini İsrail və
ABŞ-nin İrana qarşı hərbi əməliyyatları fonunda Aralıq dənizinin
şərq hissəsinə yerləşdirib. Kiprdə yerləşən Britaniya hərbi
bazasına pilotsuz uçuş aparatı ilə hücumdan sonra NATO ölkələri –
Böyük Britaniya və Fransa regiondakı hərbi mövcudluqlarını
artırıblar.


