Bakı. Trend:
Niderland milli komandasının heyətində ciddi itki baş verib.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Korintians”da çıxış edən Memfis Depay sıradan
çıxıb. 32 yaşlı hücumçu Braziliya A Seriyasının 8-ci turunun “Flamenqo” ilə matçında (1:1) ayaq əzələsindən zədə alıb. Təcrübəli
futbolçu bir ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Niderland yığması iki yoldaşlıq oyunu
keçirəcək.

