Lənkəranda baş verən avtoqəzada ər-arvad xəsarət alıb

Baş səhifə
Lənkəranda baş verən avtoqəzada ər-arvad xəsarət alıb

Lənkəran rayonunda baş verən avtomobil qəzasında ər-arvad xəsarət alıb.

“Report”un Cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara-Iran İslam Respublikası Dövlət Sərhədi yolunun 161-ci km-də – Lənkəran rayonun Girdəni kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Faiq Məmmədlinin idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə sürücü və həyat yoldaşı 1990-cı il təvəllüdlü Bakı şəhər sakini Xanım Məmmədli xəsarət alıblar. Yaralılar deformasiyaya uğrayan avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadası vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Hər iki yaralıya müxtəlif dərəcəli bədən xəsarətləri diaqnozu qoyulub.

İlkin tibbi yardım göstərildikdən sonra qadın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

MƏLUMAT YENİLƏNİR