Hyundai ABŞ və Kanadada 69 060 SUV avtomobilini geri çağırır

Baş səhifə

Bakı. Trend:

Cənubi Koreyanın “Hyundai Motor” şirkəti ABŞ və Kanadada 69 060
ədəd üçcərgəli SUV avtomobilini geri çağırır.

Trend xəbər verir
ki, buna səbəb ikinci və üçüncü sıra oturacaqların insan və ya əşya
ilə təmas zamanı qatlanmasının qarşısını almalı olan sistemdə
aşkarlanan nasazlıqdır.

Şirkət 2026-cı il istehsalı olan “Palisade” modelinin “Limited”
və “Calligraphy” seriyaları üzrə geri çağırma sənədini Yol Hərəkəti
Təhlükəsizliyi üzrə Milli İdarəsinə təqdim edib. ABŞ-da isə bu
modelin satışları dayandırılıb.




Məlumata görə, elektriklə tənzimlənən arxa oturacaqlarla bağlı
sərnişinlərin sıxışdırılması halları qeydə alınıb. Bu hadisələrdən
biri azyaşlı uşağın ölümünə səbəb olub.

Qeyd olunur ki, ötən ilin avqust ayının ortalarından bu il
martın 9-dək şirkətə oturacaqlarla bağlı ümumilikdə 17 şikayət
daxil olub, dörd sərnişin yüngül xəsarət alıb.