Peruda mikroavtobusla yük maşını toqquşub, 13 nəfər ölüb

Baş səhifə
Peruda mikroavtobusla yük maşını toqquşub, 13 nəfər ölüb

Perunun cənubunda mikroavtobusla yük maşınının toqquşması nəticəsində 13 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə polisə istinadən yerli “Diario Correo” nəşri məlumat yayıb.

Yol-nəqliyyat hadisəsi Arekipa departamentində yerləşən San-Antonio-de-Çuka rayonunda, trasın 178-ci kilometrliyində baş verib. Qəzetin məlumatına görə, 11 nəfər hadisə yerindəcə ölüb. Daha iki yaralı xəstəxanaya aparılarkən yolda vəfat edib.

Baş vermiş qəzanın səbəbləri araşdırılır.