
Bakı. Trend:
Yaxın Şərqdəki münaqişə fonunda Böyük Britaniyada kənd
təsərrüfatı texnikası sahiblərinə yanacaq satışına məhdudiyyətlər
tətbiq edilib.
Trend xəbər verir
ki, bu barədə “Daily Telegraph” qəzeti məlumat yayıb.
Məlumata görə, İngiltərənin Esseks qraflığında və Şotlandiyanın
bəzi bölgələrində topdansatış təchizatçıları fermerlərin əldə edə
biləcəyi qırmızı dizel yanacağının həcmini məhdudlaşdırıb.
Anglia Farmers şirkətinin sözçüsü Patrik Krehan bildirib ki,
hazırda yanacaq paylanmasında məhdudiyyətlər müşahidə olunur və
topdansatış şirkətləri daha çox müştərinin tələbatını qarşılamaq
üçün sifariş həcmlərini azaltmağa məcbur qalıblar.
Onun sözlərinə görə, əvvəl bir fermerə 10 min litr yanacaq
çatdırıldığı halda, indi eyni həcm müxtəlif fermerlər arasında
bölüşdürülərək hər birinə təxminən 2 min litr verilir.


