
Bakı. Trend:
ABŞ daha 22 ədəd “B-2 Spirit” strateji bombardmançı təyyarəsi
sifariş edib.
Trend xəbər verir
ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.
Tramp bildirib ki, sifariş edilən təyyarələr ən müasir
versiyadır: “Biz indicə ‘B-2 Spirit’-dən daha 22-ni sifariş etdik”,
– deyə o, Florida ştatının Vest Palm Biç hava limanında
jurnalistlərlə söhbətində qeyd edib.
Qeyd olunur ki, bu təyyarələr 2025-ci ilin yayında İranın nüvə
obyektlərinə zərbələr endirmək üçün istifadə olunub və hazırda
Amerika-İsrail hərbi əməliyyatında da tətbiq edilir.


