Bakı. Trend:
ABŞ-nin “USS Gerald R. Ford” aviadaşıyıcısı Qırmızı dənizi tərk
etdikdən sonra Yunanıstanın Krit adasındakı Suda-Bey hərbi bazasına
daxil olub.
Trend xəbər verir
ki, bu barədə məlumatı “Kathimerini” qəzeti yayıb.
Nəşrin məlumatına görə, aviadaşıyıcı təmir işləri və göyərtədə
baş vermiş böyük yanğının araşdırılması üçün bazaya gətirilib.
ABŞ Hərbi Dəniz İnstitutunun mənbəsinə əsasən, “USS Gerald R.
Ford” İrana qarşı planlaşdırılmış əməliyyatdan bir həftədən artıq
müddətə kənarlaşdırılıb.

