Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə edib

Baş səhifə

Bakı. Trend:

23 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri
Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Trend xəbər verir
ki, bu barədə XİN məlumat yayıb.

Telefon danışığı zamanı regional vəziyyət müzakirə olunub.
Nazirlər bölgədə hərbi eskalasiyaya son qoyulması istiqamətində
mümkün səylər və Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin
olunmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov həmçinin İran ərazisindən Naxçıvan Muxtar
Respublikasına dron hücumları ilə bağlı araşdırmanın tamamlanması
üzrə gözləntilərini diqqətə çatdırıb.

Nazirlər qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər üzrə də
fikir mübadiləsi aparıblar.