“Sevilya” baş məşqçisi Matias Almeydanı istefaya göndərib

Baş səhifə

Bakı. Trend:

İspaniyanın “Sevilya” futbol klubu baş məşqçi Matias Almeydanın
istefaya göndərildiyini açıqlayıb.

Trend xəbər verir
ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.




53 yaşlı argentinalı mütəxəssis 1996-97-ci illərdə “Sevilya”nın
futbolçusu olub və komandaya 2025-ci ilin yayından rəhbərlik
edirdi.

Qeyd edək ki, 29 turdan sonra “Sevilya” 31 xalla İspaniya
çempionatında 15-ci yerdə qərarlaşıb.