Bakı. Trend:
Nigeriyanın Niger ştatının Borqu rayonunda əldəqayırma
partlayıcı qurğunun partlaması nəticəsində azı səkkiz nəfər
ölüb.
Trend xəbər verir
ki, bu barədə yerli “The Sun Nigeria” qəzeti məlumat yayıb.
Məlumata görə, partlayış körpünü dağıdıb və həmin zaman körpüdə
olan avtomobildəki yeddi sərnişin ilə sürücü hadisə yerində həlak
olub.
Partlayıcının terrorçular tərəfindən yerləşdirildiyi ehtimal
olunur.
Niger ştatı polis idarəsinin rəsmi nümayəndəsi Vasiu Abiodun
bildirib ki, güc strukturları hadisə ilə bağlı antiterror
əməliyyatına başlayıb.

