Bakı. Trend:
Keniyada güclü leysan yağışlarının səbəb olduğu daşqınlar
nəticəsində həyatını itirənlərin sayı 81 nəfərə yüksəlib.
Trend xəbər verir
ki, bu barədə ölkənin Milli Polis Xidməti məlumat yayıb. Bundan
əvvəl 71 nəfərin həlak olduğu bildirilmişdi.
Rəsmi açıqlamada qeyd olunub ki, hazırda ən çox zərər çəkən
ərazi paytaxt Nayrobi olaraq qalır və burada 37 ölüm faktı qeydə
alınıb.
Məlumata əsasən, subasmalar nəticəsində 2,6 mindən çox ailə
təxliyə edilib, həmçinin infrastruktur obyektlərinə və yaşayış
fonduna ciddi ziyan dəyib.
Qeyd edək ki, Keniyada martın 6-dan etibarən davam edən leysan
yağışları daşqınlara səbəb olub. Eyni zamanda, qonşu Efiopiyada da
güclü yağışlar fəsadlara yol açıb. Bu ölkənin cənub bölgələrində
baş verən torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 107 nəfər
həlak olub.

