
Bakı. Trend:
Belçikanın Lommel şəhərində martın 21-22-də taekvondo üzrə
“Belgian Open” beynəlxalq turniri keçirilib.
Trend xəbər verir
ki, yarışın ilk günündə gənc idmançılar mübarizəyə qoşulub və
Azərbaycan komandası 1 qızıl, 4 bürünc medal qazanıb.
49 kiloqram çəki dərəcəsində çıxış edən Nilufər Borci bütün
rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Rasim Xəlilov
(45 kq), İlknur Əlimov (48 kq), Mehriban İsmayıllı (46 kq) və
Allahverdi Məmmədov (+78 kq) isə turniri bürünc medalla başa
vurublar.
Martın 22-də böyüklər arasında keçirilən yarışda “Paris-2024”
Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Qaşım Maqomedov (63 kq)
da bürünc medal qazanıb.
Qeyd edək ki, turnirdə beynəlxalq dərəcəli referi Aygül
Abdullayeva Azərbaycandan hakim kimi iştirak edib.


