ABŞ və İran arasında danışıqlar davam edir, yeni telefon raundu planlaşdırılır – Tramp

Baş səhifə

Bakı. Trend:-

ABŞ-nin İranla apardığı ciddi danışıqlarda prezidentin xüsusi
elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner iştirak
ediblər.

Trend xəbər verir
ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Floridadakı Vest Palm Biç
Hava Limanında jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ yüksək vəzifəli İran lideri ilə artıq
əlaqə saxlayıb və danışıqların növbəti raundu bu gün telefon
vasitəsilə keçiriləcək.




Tramp əlavə edib ki, Vaşinqton İranla bağlı əsas məqsədlərdən
biri kimi nüvə materiallarının ölkədən çıxarılmasına nail olmağa
çalışır.

ABŞ Prezidenti qeyd edib ki, tərəflər arasında mühüm ortaq
məqamlar və müəyyən razılıqlar mövcuddur və hazırda münaqişənin
sona çatdırılması üçün real imkan yaranıb.

Eyni zamanda, “Sky News” telekanalı Trampın sözlərinə istinadən
bildirib ki, İran sülh yolu ilə nizamlanma barədə razılaşmaya
gəlməkdə maraqlıdır.