Konyada sərnişin avtobusu aşıb

Baş səhifə

Bakı. Trend:

Türkiyənin Konya vilayətində sərnişin avtobusunun aşması
nəticəsində 15 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağır
qiymətləndirilir.

Trend xəbər verir
ki, Antalyadan Konya istiqamətində hərəkət edən avtobus yağış
səbəbindən sürüşkən yolda idarəetməni itirərək aşıb. Qəza zamanı
nəqliyyat vasitəsində 37 sərnişin olub.




Hadisə yerinə təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər
və polis əməkdaşları cəlb olunub.

Xəsarət alan şəxslər ətraf xəstəxanalara yerləşdirilib.