
Bakı. Trend:
NASA qabaqcıl vizuallaşdırma üsullarının köməyi ilə asteroid
nümunələrinin “içinə baxmağa” nail olub və süxur hissəciklərindən
ibarə şaxələnmiş çat şəbəkələrini aşkar edib.
Trend xarici
KİV-lərə istinadən xəbər verir ki, foto OSIRIS-REx zondu tərəfindən
Bennu asteroidindən gətirilmiş iki kiçik süxur fraqmentinin iki
fərqli rakursunu təqdim edir.
Onların tədqiq olunması üçün NASA mütəxəssisləri rentgen
kompüter tomoqrafiyasından istifadə ediblər – bu, obyektlərin
daxili quruluşunu onları zədələmədən araşdırmağa imkan verən xüsusi
üsuldur.
Skan nəticələri göstərib ki, nümunələr incə çatlarla sıx şəkildə
örtülüb. Bu kəşf alimlərə Bennu asteroidinin niyə bu qədər aşağı
istilik ətalətinə malik olduğunu anlamağa kömək edir – asteroidin
səthi Günəş işığına və kölgəyə növbə ilə məruz qalan hissələr
səbəbindən sürətlə qızır və eyni sürətlə soyuyur.


