
Bakı. Trend:
2025-ci ildə İrlandiyadan Azərbaycana fiziki şəxslərin pul
köçürmələrinin həcmi 15,986 milyon ABŞ dolları təşkil edib.
Trend-in
Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, 2024-cü
ildəki göstərici ilə müqayisədə 5,1 milyon ABŞ dolları və ya 47,2%
çoxdur.
Məlumata görə, hesabat dövründə xaricdən Azərbaycana ümumi pul
köçürmələrində İrlandiyanın payı 1,4% təşkil edib.
Həmçinin 2025-ci ildə Azərbaycandan İrlandiyaya fiziki şəxslərin
pul köçürmələrinin həcmi 2,622 milyon ABŞ dolları olub ki, bu da
2024-cü ildəki göstərici ilə müqayisədə 1,253 milyon ABŞ dolları və
ya 1,9 dəfə artım deməkdir.
Hesabat dövründə Azərbaycandan xaricdən ümumi pul köçürmələrində
İrlandiyanın payı 0,5% təşkil edib.
2024-cü ildə Azərbaycandan İrlandiyaya fiziki şəxslərin pul
köçürmələrinin həcmi 1,369 milyon ABŞ dolları, əks istiqamətdə isə
10,861 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki
şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139
milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici ilə
müqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.
Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana
fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları
təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1
milyon ABŞ dolları və ya 8,7% çoxdur.


