Şabranda külli miqdarda narkotik dövriyyədən çıxarıldı – iki nəfər həbs edildi (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik
vasitələrin qanunsuz daşınması və saxlanılması ilə məşğul olan
şəxslər saxlanılıblar.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat
verilib.

Bildirilib ki, keçirilən tədbirlər zamanı Xaçmaz rayon sakinləri
– 30 yaşlı Kənan Cəbrayılov və əvvəllər məhkum olunmuş 36 yaşlı
Anar Məhərrəmov saxlanılıblar. Onlardan ümumilikdə 7 kiloqram 600
qram marixuana, heroin və həşiş qətranı aşkar edilərək
götürülüb.




Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxsin barəsində
məhkəmənin qərarı həbs qətimkan tədbiri seçilib.