Bakı. Trend:
Havayda 2 mindən çox sakin güclü yağışların səbəb olduğu son 20
ilin ən pis daşqınından sonra elektrik enerjisiz qalıb.
Trend-in məlumatına görə, bu barədə “Associated Press” agentliyi
xəbər verib.
Hakimiyyət orqanlarından bildirilib ki, leysan yağışlar bir
həftə əvvəl baş verən qış fırtınasından sonra nəmlə doymuş torpağa
düşüb. Sel axınları evləri və avtomobilləri aparıb. Yollara, hava
limanlarına, məktəblərə və xəstəxanalara dəyən ziyan da daxil
olmaqla, ümumi ziyan 1 milyard dolları keçə bilər.
Daşqınlar Honoluludan şimalda 5500 nəfərin təxliyə edilməsinə
səbəb oldu, lakin sonradan bu əmr ləğv edilib. Xilasedicilər suyun
səviyyəsinin sürətlə artdığı ərazilərdən 200-dən çox insanı təxliyə
ediblər. Ölənlər barədə məlumat verilməyib.

