Bakı. Trend:
Hörmüz boğazında gəmiçiliyin dayandırılması Tehranın qərarları
ilə deyil, qarşı tərəfin başlatdığı hərbi əməliyyatlarla
bağlıdır.
Trend-in məlumatına görə, bu barədə İranın xarici işlər naziri
Abbas Əraqçi X sosial şəbəkəsində yazıb.
“Hörmüz boğazı bağlanmayıb”, – deyə o bildirib ki, gəmilərin
hərəkəti sığorta şirkətlərinin İranın deyil, başqa tərəfin
başlatdığı müharibə ilə bağlı risklərdən ehtiyat etməsi səbəbindən
dayandırılıb.
“Heç bir sığorta şirkəti və ya heç bir iranlı əlavə təhdidlərə
təslim olmayacaq. Ticarət azadlığı olmadan naviqasiya azadlığı
mövcud ola bilməz. Ya hər ikisinə hörmət etməliyik, ya da heç nə
əldə etməyəcəyik”, – deyə Əraqçi vurğulayıb.

