
Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın
başçılığı ilə Azərbaycan nümayəndə heyəti Bütün Gürcüstanın
Katalikos-Patriarxı II İlya həzrətlərinin dəfn mərasimində iştirak
etmək üçün Gürcüstanda səfərdədir.
Trend xəbər verir ki, martın
22-də səhər saatlarında Tbilisidə Müqəddəs Üçlük Kafedralında
keçirilən mərasimdə Milli Məclisin sədri Sahibə Qafarovanın
başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Azərbaycan xalqının
dərin hüzn və ehtiramını Gürcüstan xalqına çatdırıb.
Tədbirdə Ekumenik Patriarx, eləcə də Gürcüstan Prezidenti,
Parlamentin sədri, Baş nazir və Gürcü Arzusunun Fəxri Sədri məbəddə
toplaşanlara müraciət ediblər.
Patriarxı son mənzilə yola salmaq üçün yürüş Müqəddəs Üçlük
Katedralından başlayıb və patriarxın cənazəsi xüsusi ehtiramla
Sioni Kafedralına doğru yola salınıb. Ölkə üzrə fəaliyyət göstərən
bütün kilsələrdə dəfn zəngləri çalınıb və yüz minlərlə insan
küçələrə axışaraq patriarxa son ehtiramlarını ifadə ediblər.
Azərbaycan nümayəndə heyətinin tərkibinə Qafqaz Müsəlmanları
İdarəsinin sədri, Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə, Baş
nazirin müavini Samir Şərifov və Milli Məclisin bir qrup deputatı
daxildirlər.


