Bakı. Trend:
Kubanın elektroenergetika sistemi mart ayı ərzində üçüncü dəfə
tamamilə çöküb.
Trend xəbər verir
ki, bu barədə ölkənin dövlət energetika şirkəti “Telegram”
kanalında məlumat yayıb.
“18:32-də (Bakı vaxtı ilə martın 22-si saat 02:32-də) milli
elektroenergetika sisteminin tam çökməsi qeydə alınıb”, – deyə
şirkətin paytaxt bölməsinin paylaşımında bildirilib.
Qeyd olunur ki, adada bundan əvvəlki genişmiqyaslı elektrik
kəsintisi martın 16-da baş verib. Sistem sonradan bərpa olunsa da,
ölkənin müxtəlif bölgələrində uzunmüddətli fasilələr yaşanıb.
Bundan əvvəl isə Kubanın energetika sistemində oxşar qəza martın
4-də qeydə alınıb.

