Kiyevdə qismi elektrik kəsintiləri yaşanır

Baş səhifə
Kiyevdə qismi elektrik kəsintiləri yaşanır

Ukraynanın paytaxtı Kiyevdə – Dneprin sol sahilində elektrik enerjisinin verilişi qismən dayandırılıb.

“Report” xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.

Məlumata görə, şənbə günü həmin ərazidə işıq və su kəsilib. Daha sonra Kiyev vilayət hərbi administrasiyası insidentin səbəbini rəsmən açıqlayıb.

“Elektrik şəbəkəsindəki qəza vəziyyəti ilə əlaqədar sol sahildə işıq və su təchizatında fasilələr yaranıb. Energetiklər artıq zədənin aradan qaldırılması üzərində işləyirlər”, – məlumatda bildirilir.

Paralel olaraq “Kiyevpastrans” şəbəkəsində gərginliyin olmaması səbəbindən bir sıra tramvay və trolleybusların hərəkətində gecikmələr olduğu barədə məlumat verilib.