
Bakı. Trend:
İtaliyada konstitusiyaya dəyişiklikləri nəzərdə tutan məhkəmə
sisteminin islahatı ilə bağlı ümumxalq referendum keçiriləcək.
Trend xəbər verir
ki, bu barədə İtaliyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Səsvermə martın 22-də başlayacaq və martın 23-dək (Moskva vaxtı
ilə saat 17:00-a qədər) davam edəcək.
Təxminən 45 milyon seçici təklif olunan islahatla razı
olub-olmadıqlarını bildirmək üçün səsvermədə iştirak edəcək.
Qərarın qəbul edilməsi üçün sadə səs çoxluğu kifayətdir, kvorum
tələbi yoxdur.
Qeyd olunur ki, referendumda müzakirəyə çıxarılan məsələ texniki
xarakter daşıyır. İslahat məhkəmə və istintaq sisteminin
strukturunda dəyişiklikləri əhatə edir.
Xüsusilə, hakimlərin, o cümlədən Ali Magistratura Şurasına təyin
olunma qaydaları, eləcə də hakim və prokurorların karyera keçidləri
ilə bağlı məhdudiyyətlər nəzərdə tutulur.
İslahat İtaliyanın Baş naziri Corcina Meloninin rəhbərlik etdiyi
mərkəz-sağ hökumət tərəfindən hazırlanaraq hakim koalisiya
tərəfindən dəstəklənib.


