
Bakı. Trend:
Floridada ABŞ və Ukrayna nümayəndə heyətləri arasında
danışıqların növbəti raundu baş tutub.
Trend xəbər verir
ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “X”
sosial şəbəkəsində məlumat yayıb.
“Bu gün Floridada davam edən vasitəçilik səyləri çərçivəsində
konstruktiv görüşlər keçirilib. Danışıqlar hərtərəfli sülh
sazişinin bağlanmasına yaxınlaşmaq məqsədilə həll olunmamış
məsələlərin nizamlanmasına yönəlib”, – deyə o qeyd edib.
Uitkoffun sözlərinə görə, nümayəndə heyətinə ondan başqa
prezidentin kürəkəni Cared Kuşner, Ağ Evin baş məsləhətçisi Coş
Qruenbaum, həmçinin ABŞ Dövlət Departamentinin baş siyasi
məsləhətçisi Kris Karran daxil olub.
“Biz həll olunmamış məsələlərin həlli məqsədilə qarşılıqlı
fəaliyyətin davam etdirilməsini alqışlayırıq”, – deyə Uitkoff əlavə
edib.


