Bakı. Trend:
Almaniyada apteklər martın 23-də işçilərinin ölkə miqyaslı
tətili səbəbindən fəaliyyətini dayandıracaq.
Trend xəbər verir
ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Məlumata görə, tətil aksiyalarında 160 mindən çox insanın
iştirakı gözlənilir. Əczaçılıq işçiləri “xroniki maliyyə
çatışmazlığı”ndan narazıdırlar. Onların Berlin, Hannover,
Düsseldorf və Münhen şəhərlərində nümayişlər keçirmələri
planlaşdırılır.
Alman Əczaçılıq Federal Assosiasiyasının (ABDA) rəhbəri Tomas
Preiss bildirib ki, ölkədə apteklərin fəaliyyəti və əhalinin dərman
təminatı ilə bağlı vəziyyət uzun müddətdir gərgin olaraq qalır.
O qeyd edib ki, əczaçılıq işçilərinin əməkhaqları sonuncu dəfə
13 il əvvəl artırılıb, halbuki bu müddətdə əlavə xərclər 65%-dən
çox yüksəlib.
Bildirilib ki, 2013-cü ildən bu yana Almaniyada apteklərin ümumi
sayının təxminən 20%-i bağlanıb.

